BAKI, 17 avqust. TELEQRAF
Vaşinqton hesab edir ki, Rusiya və Ukrayna ərazilərin mübadiləsi məsələsini müzakirə etməlidir.
Teleqraf xəbər verir ki, bunu CBS televiziya şirkətinə müsahibəsində ABŞ dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio deyib.
O bildirib: "Ərazi məsələsi müzakirə edilməlidir, bu, bu, sadəcə bir faktdır".
M.Rubio ABŞ-nin bunun üçün mümkün ssenari yaratmağı zəruri hesab etdiyini deyib.