EN

ABŞ və Rusiya Cənubi Qafqazda sövdələşdi, bəs Ukraynada? - Zelenskinin taleyini həll edəcək cavab nə olacaq?

Aylardır bütün dünyanın böyük intizarla gözlədiyi və ciddi hazırlığı aparılan Tramp-Putin görüşü baş tutdu.

Görüşün nəticəsiz başa çatdığını deyənlər kökündən yanılırlar: görüş faktının özü artıq ciddi nəticədir!

Bu, hər şeydən əvvəl, dünyanın təsir zonalarına bölünməsi uğrunda strateji coğrafiyalarda bir-biriylə həm birbaşa, həm də proksiləri vasitəsiylə illərdir savaş aparan iki nəhəng gücün artıq birbaşa səhnəyə çıxıb masa arxasına keçməsinin, indiyəqədərki güc nisbətinə uyğun da bölgüyə, sövdələşməyə başladıqlarının rəsmi elanıydı!

15 avqustdan cəmi 1 həftə öncəki cümədə - 8 avqustda Vaşinqtonda Trampın iştirakıyla keçirilən Əliyev-Paşinyan görüşüylə bütün dünyaya o mesaj verilmişdi ki, ABŞ və Rusiya Cənubi Qafqaz körpüsüylə bağlı uzlaşmağı və sövdələşmə əldə etməyi bacarıblar!

“PURSUİNG PEACE” – “Sülhün ardınca” şüarı altında keçirilən Alyaska görüşü isə bütün detallarıyla bunun təsdiqi oldu: Tramp-Putin timsalında ABŞ və Rusiya qarşıdakı mərhələdə digər strateji coğrafiyaların da danışıqlar və sövdələşmələr yoluyla bölüşdürülməsinə, bölgüylə razılaşmayanlarınsa birgə dəf edilməsinə başlayırlar!

Bəli, hazırda hər kəsi düşündürən Ukraynanın taleyi, aqibətidir və Alyaska görüşünə də daha çox bu aspektdən yanaşılır.

Alyaska görüşü bir daha təsdiqlədi ki, Ukrayna üçün ən yaxşı halda məşhur amerikalı sosioloq Samuel Hantiqtonun hələ 1996-cı ildə yazdığı “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən təşkili” kitabında göstərdiyi ssenari tətbiq ediləcək: Ukrayna bölünəcək, Ukrayna ərazilərinin işğalı rəsmiləşəcək!

Çox böyük ehtimalla, Ukraynaya ciddi təhlükəsizlik təminatları altında Avropa İttifaqına sürətli üzvlük müqabilində işğal edilmiş ərazilərindən imtina təklif ediləcək!

Artıq Ukrayna prezidenti Zelenski ABŞ-a dəvət alıb və o, avqustun 18-də yenidən Trampla görüşməlidir.

Ukraynanın gələcəyinə dair Tramp-Putin anlaşmasına yekun və qəti cavabı - işğalla barışıb-barışmayacağı həm də Zelenskinin aqibətinə aydınlıq gətirəcək.

Elxan ŞÜKÜRLÜ,

Siyasi şərhçi

MİA.AZ

Chosen
38
24
mia.az

10Sources