EN

Yeni Kaledoniyada güclü zəlzələ oldu

Yeni Kaledoniyada, Luayote adalarının cənub-şərqində 5.6 bal gücündə zəlzələ qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Numea şəhərindən 458 kilometr cənub-şərqdə yerləşib. Marqarita pizza

Zəlzələnin ocağının yerin 10 kilometr dərinliyində olduğu bildirilib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb./Oxu.az


Telegram kanalımız
Chosen
45
50
yenisabah.az

10Sources