AZ

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ oldu

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Bakı vaxtı ilə saat 02:38-də İndoneziyanın Sulavesi adasının sahillərində, Poso şəhərinin şimalında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az bu barədə xarici mətbuata istinadən məlumat verir. 

Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib. Təxminən 50 min nəfərin yaşadığı şəhərdə zəlzələ nəticəsində hər hansı tələfat və dağıntı barədə məlumat verilməyib.

Bundan təxminən bir saat əvvəl isə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Yaponiyanın cənub sahillərində 5,5 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. Yeraltı təkanların episentri 500 mindən çox insanın yaşadığı Kaqosima şəhərindən 128 kilometr uzaqlıqda, 37 kilometr dərinlikdə yerləşib.

Kənan
Milli.Az

Seçilən
20
50
milli.az

10Mənbələr