Demokrat.az xəbər verir ki, orden “Yeni Çağ” Media Qrupuna ziyarəti zamanı Aqil Ələsgərə Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenovun rəhbərlik etdiyi UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədr müavini Səltənət Aşimova tərəfindən təqdim olunub.
Qeyd edək ki, bu orden görkəmli dövlət xadimi, üç dəfə Sosialist Əməyi Qəhrəmanı, akademik Dinmuhamed Kunaevin adını daşıyan Fond tərəfindən sosial, mədəni və ictimai həyata töhfə verən şəxslərə verilən ali mükafatlardan sayılır.
Kunaev Qazaxıstanda milli şüurun formalaşmasında müstəsna rol oynamış, hətta Qazaxıstan SSR-nın birinci katibi vəzifəsindən çıxarılarkən, qazax xalqının rəsmi Moskvanın bu əmrinə qarşı küçələrə çıxaraq, rus müstəmləkəçilik siyasətinə və qazax xalqının assimlyasiya edilməsi planlarına qarşı ilk böyük etiraz dalğasına səbəb olan böyük dövlət adamıdır.
Xatırladaq ki, Aqil Ələsgər bir müddət öncə Qazaxıstan-Azərbaycan media əlaqələrinin inkişafındakı xidmətlərinə görə, UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədri Oljas Süleymanovun imzası ilə “Xalqlar dostluğu” ordeni ilə təltif olunub.
5Sources
-
moderator.azAqil Ələsgər Qazaxıstanın beynəlxalq ordenilə TƏLTİF OLUNDU ( 20410593)
-
veteninfo.azAqil Ələsgər Qazaxıstanın beynəlxalq ordenilə TƏLTİF OLUNDU ( 20410557)
-
referans.azAqil Ələsgər Qazaxıstanın beynəlxalq ordenilə TƏLTİF OLUNDU ( 20410137)
-
demokrat.azAqil Ələsgər Qazaxıstanın beynəlxalq ordenilə təltif olundu — FOTOLAR ( 20409864)
-
demokrat.azAqil Ələsgər Qazaxıstanın beynəlxalq ordenilə təltif olundu FOTOLAR ( 20409837)