EN

Trampın əsas hədəfi bu ölkədir: Putindən dəstəyi kəsməsini istəyir...

ain.az bildirir, Bakupost portalına istinadən.

Bayden administrasiyasının əsas məsələsi Rusiyanın təcəvüzkar siyasətini cilovlamaq idi. Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyasının əsas hədəfi İrandır. Trampın birinci prezidentlik dövründə (2016-2020) öncüllüyü İran məsələsi olduğu kimi, bu gün də Ağ Evin əsas gündəmi İrandır. İran məsələsini həll etmək üçün Rusiyanın bitərəfliyi həlledici məqamlardan biridir. Belə görünür ki, 12 günlük müharibədə buna nail olan Tramp administrasiyası Rusiyanın tamamilə tərəfsizliyinə nail olmağa çalışır.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

Onun fikrincə, ötən gün baş tutan Alyaska görüşü də əsasən buna xidmət edir:

“Alyaska görüşü ilə Putinin hakimiyyətini bir müddət saxlamasına imkan yaradan Tramp administrasiyası bunun müqabilində Rusiyanın İranla müttəfiqliyini kağız üzərində davam etdirməsinə baxmayaraq, reallıqda heç bir ciddi yardım etməməsini istəyir.

Hərb meydanında Ukraynanın vəziyyətinin fəlakətli olmaması, əksinə, qüvvələr nisbətinin bərabərliyi Ukraynada atəşkəsi Vaşinqtonun əsas gündəm məsələsinə çevirmir. Amerika kəşfiyyatı çox yaxşı bilir ki, Rusiya hərb meydanında çox ağır itkilər verir. Strateji, hətta taktiki əhəmiyyəti olmayan kiçik ərazi işğalları Rusiyaya on minlərlə insanın həyatı bahasına, on milyardlarla dolların havaya sovrulması hesabına başa gəlir. Rusiyanın belə ağır itkilər verməsi onu məğlub etməyin yeganə yoludur. Ağlı başında olan hər kəs bilir ki, dünyanın ən böyük nüvə gücü olan Rusiyanı bir zərbə ilə məğlub etmək mümkün deyil. Sovet İttifaqını Əfqanistanda Pakistan hərbi kəşfiyyatının o zaman rəisi olmuş general Məhəmməd Yusifin təklifi ilə “Min kəsik müharibəsi” ilə məğlub edən Vaşinqton Rusiyaya qarşı da eyni taktikanı seçib. “Min kəsik müharibəsi”nin qalibliyyətlə başa çatması üçün zamana və düşməni nəzarətdə saxlamağa ehtiyac var. Buna görə də Putini atəşkəsə vadar etmək üçün bütün vasitələr işə salınmır. Tətbiq olunan sanksiya və məhdudiyyətlər Rusiyanın hərbi və iqtisadi gücünün tədricən məhv edilməsinə xidmət edir. Qərbin qarşısında duran digər vəzifə Putinin nəzarətdən çıxaraq nüvə silahına əl atmasının qarşısını almaqdır. Qənaətimcə, hər iki vəzifənin öhdəsindən bu günə kimi uğurla gəlinib. Bu siyasət bundan sonra da davam etməlidir. “Nə zamana qədər” sualının cavabı da məlumdur: İran məsələsi həll olunana qədər Rusiyaya münasibətdə tətbiq olunan bu siyasət davam edəcək. İran məsələsinin həll edilməsi üçün isə ikinci hərbi müdaxiləyə ehtiyac var. Deməli, yaxın zamanlarda İrana qarşı hərbi müdaxilənin şahidi olacağıq”.

Asena,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
www.bakupost.az

1Sources