EN

Balakəndə CAMIŞ sahibini öldürüb

Balakəndə camış sahibini öldürüb.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun İtitala kəndində baş verib. Kənd sakini 65 yaşlı Həlimət Məmməd qızı Hüseynovanı yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində camış vuraraq, müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.
 
H.Hüseynova Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin H.Hüseynova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
 
Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.
Chosen
23
28
moderator.az

10Sources