EN

Camış sahibini vurub öldürdü

Balakənin İtitala kəndində camış sahibini öldürüb.

Modern.az xəbər verir ki, kənd sakini 65 yaşlı Həlimət Məmməd qızı Hüseynovanı yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində camış vuraraq, müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.

H.Hüseynova Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin H.Hüseynova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
109
28
modern.az

10Sources