ain.az bildirir, Milli.az portalına istinadən.
İngiltərə Premyer Liqasında son çempion "Liverpul" mövsümün açılış oyununda "Bornmut"u 4-2 hesabı ilə məğlub edib. Matçın sonunda "Liverpul" azarkeşləri ötən ay avtomobil qəzasında həlak olan ulduz futbolçuları Diogo Jotanın adını səsləndirərkən, Salah göz yaşlarını saxlaya bilməyib.
"Liverpul" 37-ci dəqiqədə yeni transferi Ekitikenin qolu ilə ilk hissəni 1-0 öndə başa vurub. 49-cu dəqiqədə Qakpo fərqi iki topa yüksəldib. "Bornmut" isə 64 və 76-cı dəqiqələrdə Semenyonun qolları ilə hesabı bərabərləşdirib. Lakin "Liverpul" 88-ci dəqiqədə Kyeza, 90+4-cü dəqiqədə isə Məhəmməd Salahın qolları ilə 4-2 önə keçib və görüş bu hesabla yekunlaşıb.
Oyuna damğasını vuran an isə matçın sonunda "Liverpul" azarkeşləri Diogo Jotanın adını səsləndirərkən, Salahın göz yaşlarına hakim ola bilməməsi olub.Lalə Qüdrətova
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.