EN

Premyer Liqa: "Turan Tovuz" qələbə qazanıb

Misli Premyer Liqasının I turunda daha bir oyun keçirilib...

“Report”un məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “İmişli”nin qonağı olub.

Şamaxı şəhər stadionundakı qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qol 90+9-cu dəqiqədə Roberto Olabenin ayağına yazılıb.

Qeyd edək ki, ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.

Poliqon.info

Chosen
29
50
poliqon.info

10Sources