Rusiyaya işləmək üçün gedən Gəncə şəhər sakini Elyar Məmmədov Moskva şəhərində öldürülüb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Teleqraf"a onun yaxınları məlumat veriblər.
E.Məmmədovun döyülərək öldürüldüyü ehtimal olunur.
Onun nəşi hələ də Moskva şəhərindədir.
Qeyd edək ki, mərhum dörd uşaq atası imiş.