Türkiyənin Çanaqqala vilayətində meşəlik ərazi yanır.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə Gelibolu rayonunda qeydə alınıb.
Küləyin təsiri ilə alov daha geniş əraziyə yayılıb.
Vilayət valisi Ömer Toraman bildirib ki, hadisə ilə əlaqədar olaraq Eceabat və Yolağzı kəndlərinin sakinləri təxliyə edilib.
Hadisə yerinə 12 helikopter, 12 təyyarə, texniki vasitələr və 560 nəfərlik şəxsi heyət cəlb edilib.
Hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.