EN

Tramp bu tarixdə Putin və Zelenski ilə görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp Aİ liderlərinə və Kiyevə avqustun 22-də Rusiya və Ukrayna ilə üçtərəfli görüş keçirmək istədiyini bildirib.

Modern.az bu barədə "Axios" nəşrinə istinadən xəbər verir. 

Nəşrin məlumatına görə, Amerika prezidenti bunu Alyaska sammitindən sonra Avropa liderləri ilə telefon danışığında deyib.

Nəşr Rusiya prezidenti Vladimir Putinin Kiyevin Luqansk və Donetsk ərazilərindən qoşunların çıxarılması şəklində güzəştə getməsi müqabilində Xerson və Zaporojya vilayətlərində cəbhə xəttini dondurmağa hazır olduğunu bildirməsi ilə bağlı məlumatı təsdiqləyib.

Ukraynalı mənbə agentliyə bildirib ki, Amerika tərəfində belə təəssürat yaranıb ki, Vladimir Putin Sumı və Xarkov vilayətlərinin Rusiya ordusunun nəzarətində olan hissələrini verməyə hazırdır.

Chosen
42
34
modern.az

10Sources