EN

Ər Riyad Alyaskadakı Putin Tramp görüşünü alqışlayıb

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanı Alyaskada Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutmuş danışıqları alqışlayıb və Ukraynada konfliktin nizamlanması üçün bütün səyləri dəstəklədiyini bəyan edib.

APA xəbər verir ki, bu barədə krallığın xarici işlər nazirliyinin bəyanatında qeyd olunub.

Nazirlik həmçinin qeyd edib ki, Ər-Riyad “Rusiya–Ukrayna böhranının sülh yolu ilə həllinə və iki ölkə arasında sülhün bərqərar olunmasına yönəlmiş bütün diplomatik səyləri dəstəkləyir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
126
50
apa.az

10Sources