Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merts bazar günü “İstəkli Koalisiya” mövzusunda videokonfrans keçirəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, görüş avqustun 17-də saat 15:00-da keçiriləcək.
Görüşdə Ukraynada sülh məsələsi ilə bağlı müzakirələrin növbəti mərhələsi gündəmdə olacaq.
Bizim.Media