"Könüllülər Koalisiyası" döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynaya çoxmillətli "çəkindirmə qüvvələri" göndərməyə hazır olduğunu təsdiqləyib.
"Report"un məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi məlumat yayıb.
"Onlar döyüş əməliyyatları dayandırıldıqdan sonra çəkindirmə qüvvələrini yerləşdirməyə və Ukraynanın səması ilə dənizlərinin təhlükəsizliyinin təmin olunmasına, silahlı qüvvələrin bərpasına kömək etməyə hazır olduqlarını bir daha vurğuladılar", - məlumatda qeyd olunub.
Bu məlumat Birləşmiş Krallıq, Fransa və Almaniyanın sədrliyi ilə 17 avqustda keçirilən "Könüllülər Koalisiyası"nın virtual iclasının nəticələrinə əsasən dərc edilib.