Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla avqustun 15-də Ankoricdə (Alyaska) baş tutan sammitdən sonra iclas keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüş zamanı Putin Ukraynadakı müharibənin dayandırılması ilə bağlı əsas tələbləri irəli sürüb.
Qeyd edilir ki, Trampla danışıqlar zamanı Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyini sakit və təfərrüatlı şəkildə ifadə etmək imkanı olub.
Putinin sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyatların tez bir zamanda dayandırılmasını istəyir. Trampla danışıqlar zamanı tərəflər əməkdaşlığın demək olar ki, bütün sahələrini müzakirə ediblər.
“Söhbət çox səmimi, mənalı keçdi və fikrimcə, bu, bizi lazımi qərarlara yaxınlaşdırır”, - Putin bildirib.