EN

Bu ölkəni kütləvi etirazlar bürüdü - SON DƏQİQƏ


Serbiyada aylardır davam edən etirazlar son günlər daha kəskin xarakter almağa başlayıb.


Polisin etirazlara kobud müdaxiləsinə cavab olaraq ötən gecə Valyevo şəhərində etirazçılar şəhər administrasiyasının binasını və hakim Serb Tərəqqi Partiyasının (SNS) ofisini yandırıblar.

Novosti nəşri yazır ki, məhkəmə binası və prokurorluq binasına ziyan dəyib.

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bildirib ki, Valyevo, Boqrad və Novi Sadda 18 nəfər saxlanılıb. Bir gün əvvəl, avqustun 16-da keçirilən aksiyada 38 nəfər saxlanılmışdı. Prezident Aleksandar Vucic bildirib ki, Serb şəhərlərində zorakılıq tətbiq edən və şəhər infrastrukturunu zədələyən etirazçılar qanun çərçivəsində cavab verəcəklər.

Qeyd edək ki, Serbiyada etirazlar 2024-cü ilin noyabrında Novi Sad dəmiryol vağzalında 16 nəfərin ölümünə səbəb olan beton örtünün uçması ilə başladı. Etirazçılar faciədə korrupsiyalaşmış hakimiyyəti günahlandırırlar. İyunun sonunda etirazlar fəalların istefa vermək və növbədənkənar parlament seçkilərinin tarixini təyin etmək üçün Vuçiçə verdiyi ultimatumun müddəti başa çatdıqdan sonra etirazlar daha da güclənib. Musavat.com


Chosen
19
7
nuh.az

5Sources