Misli Premyer Liqasının I turunda daha iki qarşılaşma baş tutub.
Doğru.az xəbər verir ki, Şamaxıda keçirilən oyunda “Turan Tovuz” “İmişli” ilə üz-üzə gəlib. Nominal meydan sahibləri minimal hesabla qalib gəlib – 1:0.
Digər qarşılaşma isə “Neftçi Arena”da oynanılıb. Burada “Neftçi” doğma meydanda “Şamaxı”nı qəbul edib. Qarşılıqlı qollarla yadda qalan matç 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, turun digər oyunları avqustun 17-si və 19-da keçiriləcək.
DOĞRU.AZ