EN

Futbol millimiz Qarabağa getdi

Azərbaycanın qadınlardan ibarət milli futbol komandası “Zəfər yolu” sosial layihəsi çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edib.

AFFA-dan Bizim.Media-ya bildirilib ki, onlar səfər zamanı Füzuli şəhər sakinləri ilə görüşüb, Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə və məktəb şagirdləri ilə tanış olublar.

Tanışlıq zamanı qadın futbolçular ilə 1 nömrəli məktəbin şagirdləri arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçirilib. Milli komanda daha sonra, Şuşa qalasını, Cıdır düzünü də ziyarət edib.

Səfərin əsas məqsədi, qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasını təmin etməkdir.

Bizim.Media

Chosen
46
46
bizim.media

10Sources