EN

Putin ABŞ dan Ukraynanın ələ keçirilən ərazilərini Rusiyanın bir hissəsi kimi tanımağı xahiş edib

Oxumeni.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Putin ABŞ-dan Ukraynanın ələ keçirilən ərazilərini Rusiyanın bir hissəsi kimi tanımağı xahiş edib

Kreml rəhbəri Vladimir Putin Ukrayna ilə bağlı ABŞ-a müraciət edib. O, Vaşinqtondan işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımasını istəyir.

RBC-Ukrayna onun X sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir ki, bunu Axios-un jurnalisti Barak Ravid bildirib.

Qeyd edək ki, Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya diktatoru Vladimir Putin arasında sammit baş tutub. Onların görüşündə əsas mövzu Ukraynadakı müharibə və ona son qoymaq variantları olub.

Jurnalistin yazdığı kimi, danışıqlardan xəbəri olan mənbə bildirib ki, Putin Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətindən çıxarılması müqabilində Zaporojyaevə Xerson vilayətlərində cəbhənin dondurulmasını təklif edib..

“Putin Trampla görüşü zamanı ABŞ-dan Krım yarımadasından əlavə, bu dörd rayonu Rusiyanın bir hissəsi kimi tanımasını xahiş edib”, - yazıda deyilir.

Bu, çox güman ki, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş hissələrinə aiddir.

Eyni zamanda Amerika tərəfində belə təəssürat yaranıb ki, Putin danışıqlar üçün Sumı və Xarkov vilayətlərini də istəyib.

Əziz Mustafa

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
50
oxumeni.az

10Sources