Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçirilən görüşün çox məhsuldar olduğu bildirilib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio, VGTRK jurnalisti Pavel Zarubinin “Telegram” kanalında yerləşdirdiyi yazıya şərhində məlumat verib.
Jurnalistin sammitin necə keçdiyi ilə bağlı sualına cavab olaraq dövlət katibi danışıqları yüksək qiymətləndirib. İki lider arasında aparılan görüşdə iştirak edən Rubio deyib: “Çox yaxşı, çox məhsuldar oldu”.