Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunub.
Tribunainfo.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Şərəf” ordenli V.Babanlı Qazax rayon Birinci Şıxlı kənd qəbristanlığında dəfn olunub.
Qeyd edək ki, V.Babanlı dünən 98 yaşında dünyasını dəyişib.
O, həmçinin “Qazax” Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü idi.
Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirib. “Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib.
Yazıçının “Vicdan susanda”, “Gəlin”, “Ömürlük cəza” adlı məşhur kitabları işıq üzü görüb.