EN

“Mançester Yunayted” De Xeanın qayıdışı üçün danışıqlar aparır

"Fiorentina"nın qapıçısı David de Xea karyerasını yenidən “Mançester Yunayted”də davam etdirə bilər.

90deqiqe.Az-ın "The Sun"a istinadən məlumatına görə, “qırmızı şeytanlar” 34 yaşlı oyunçunun komandaya qayıtması ilə bağlı danışıqlara başlayıb.

İngiltərə nəhəngi ispaniyalı qolkiperin “Fiorentina” ilə müqaviləsində müəyyən məbləğ qarşılığında sərbəst şəkildə klubdan ayrılmasına imkan verən bənd olduğu üçün bundan yararlanıb təcrübəli oyunçunu transferini yaxın vaxtlarda rəsmiləşdirmək istəyir.

Bildirilir ki, de Xea 9 avqustda tərəflər arasında keçirilən yoxlama görüşündə (1:1) “Mançester Yunayted” rəhbərliyinə müsbət təsir bağışlayıb.

Qeyd edək ki, de Xea 2011–2023-cü illərdə “Mançester Yunayted”in şərəfini qoruyub. Bu müddətdə o, bütün turnirlərdə 545 oyuna çıxıb və 190 matçda qapısını toxunulmaz saxlayıb. Təcrübəli qolkiper “qırmızı şeytanlar”la birlikdə İngiltərə Premyer Liqasının çempionu olub, Avropa Liqasını və İngiltərə kubokunu qazanıb.

Chosen
14
4
90deqiqe.az

10Sources