AZ

David de Xea yenidən "Mançester Yunayted"də çıxış edə bilər

İngiltərə təmsilçisi "Mançester Yunayted" sabiq qapıçısı David de Xeanı geri qaytarmağı planlaşdırır.

"Report" "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" cuzi məbləğ qarşılığında 34 yaşlı qolkiperi yenidən sıralarına cəlb edə bilər.

Hazırda İtaliyada "Fiorentina"nın formasını geyinən "əlcək sahibi"nin sözügedən məsələyə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, David de Xea 2011-2023-cü illərdə "Mançester Yunayted"in şərəfini qoruyub. Bu müddət ərzində o, bütün turnirlərdə 545 matçda iştirak edib, 190 matçda qapısınl təmiz saxlayıb.

Seçilən
0
3
report.az

10Mənbələr