Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova həbs olunub. O, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Müğənni barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
News24.az Unikal-a istinadən xəbər verir ki, bu R. İsmayılovanın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı ilk hal deyil. Belə ki, 2024-cü ilin aprel ayında Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılmışdı. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunub.