AZ

Rəqsanə həbsinin TƏFƏRRÜATI

Müğənni Rəqsanə İsmayılovanın həbsinin təfərrüatı məlum olub.

Viral.az milli.az-a istinadən xəbər verir ki, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edərək dələduzluq əməlini törədib.

Belə ki, həmin iş adamının yaxınları Rəqsanə İmsayılovaya 520 min dollar pul veriblər. Müğənni isə bu məbləğ qarşılığında Rusiyada həbsdə olan iş adamını azadlığa buraxdıracağına söz verib. Lakin 2 il keçməsinə baxmayaraq, həmin şəxs azadlığa buraxılmayıb.

Son Yazılar:

Daha sonra onun yaxınlarının şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İmsayılova həbs olunub.

Qeyd edək ki, Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər. Belə olan halda cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilə bilər.

Xatırladaq ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Seçilən
60
50
viral.az

10Mənbələr