EN

“Neftçi”dən yeni TRANSFER XƏBƏRLƏRİ aldıq - SON DƏQİQƏ

«Neftçi» qarşıdakı günlərdə daha iki transfer edəcək.

Bu barədə klubdan redaksiyamıza informasiya daxil olub.

Əldə etdiyimiz məlumata görə, Samir Abasov rəhbərliklə görüşərək, iki zonaya legioner alınmasını istəyib.

Baş məşqçi sağ cinaha meylli mərkəz müdafiəçisi və sol cinah vingeri mövqeyində «yeni qan»a ehtiyac duyduğunu söyləyib. Onun təqdimatı dəstəklənib.

«Neftçi» bu yay 12 transfer çalışması həyata keçirib.

Bunlar Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (son klubu “AEK Larnaka”), Freddi Varqas (“Makkabi”dən (İsrail, Netanya icarəyə götürülüb), Cordan Rezabala (son klubu "Dorados"), Kristian Kostin (son klubu “Dinamo” Buxarest, Rumıniya), Kenan Piriç (son klubu "Antalyaspor", Türkiyə), Alessio Kurçi (son klubu “Francs Borains”, Belçika) və Falaye Sakodur ("Monpelye", Fransa).

SPORTİNFO.AZ

Chosen
6
34
sportinfo.az

10Sources