«Kəpəz»in baş məşqçisi Adil Şükürov sürpriz qərar verib.
O, komandaya yeni qoşulan legionerlərdən Otar Aptsiaurinin xidmətindən imtina edib.
Çalışdırıcı onun pierformansından və səviyyəsindən narazı qalıb və bu barədə idarəçilərlə söhbətləşib
. Adıçəkilən mütəxəssis gürcüstanlı yarımmüdafiəçinin komandanın gücünə güc qatmadığı qənaətindədir və onunla müqavilənin pozulmasını tapşırıb.
Gəncə təmsilçisi iyulun 22-də 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalayıb.
Karyerasında ilk dəfə legioner həyatı yaşamaq şansı azalan Otarın son klubu vətənində "Dinamo" Tbilisi olub. Ötəm mövsüm 14 oyun keçirib və 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bir dönəm Gürcüstan U-19 millisinin də formasını geyinib.
SPORTİNFO.AZ