EN

Avropanın iki ölkəsi müharibə astanasındadır Betts

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Avropa vətəndaş müharibəsinin astanasına çata bilər”.

Globalinfo.az xəbər verir ki, bunu London Kral Kollecinin professoru Devid Betts deyib.

O, bu ehtimalı 95 faiz olaraq qiymətləndirib.

“Xüsusilə Birləşmiş Krallıq və Fransada vəziyyət daha təhlükəli xarakter ala bilər. Bəzi iri şəhərlərdə hökumətin qanunlara nəzarət etmə qabiliyyəti zəifləyib və bu şəhərlər artıq “vəhşi təbiətin” qanunları ilə yaşayır.

Mümkün vətəndaş müharibəsinin səbəbləri arasında yüksək korrupsiya səviyyəsini, sənayenin tənəzzülünü, infrastrukturun köhnəlməsini və özəl mühafizə şirkətlərinin sayının artması var. Bir çox Qərb şəhərləri artıq buna uyğundur” .

Betts həmçinin şəhərlərlə kənd yerləri arasında dərinləşən parçalanmaya diqqət çəkib. Misal olaraq, o, Fransada 2024-cü il Avropa Parlamentinə seçkilərin nəticələrini göstərib: ölkədə 457 dairə Marin Le Penin rəhbərlik etdiyi “Milli Birlik” partiyasına səs verib, digər partiyalar isə cəmi 119 dairədə qalib gəlib. Sonuncular əsasən Paris və ətraf ərazilərdə cəmlənib.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
50
globalinfo.az

10Sources