EN

Putinlə çətin görüşdən sonra: Zelenski ilə söhbətdə o da olacaq

Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial  ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında avqustun 18-də Ağ Evdə keçiriləcək görüşdə iştirak edəcək.

“Cebheinfo.az” xəbər verir ki, onun sözlərinə görə, o, bu gün Brüsseldə Ukrayna Prezidenti ilə görüşəcək.

"Prezident Zelenskinin xahişi ilə mən sabah Ağ Evdə prezident Tramp və digər Avropa liderləri ilə görüşə qatılacağam", - o əlavə edib.

Xatırladaq ki, ABŞ və Ukrayna liderlərinin Ağ Evdə görüşü Donald Trampla Rusiya prezidenti Vladimir Putinin Alyaskadakı görüşündən sonra baş tutacaq.

Sammitdən dərhal sonra Tramp Zelenskiyə və Avropa liderlərinə zəng edib. Mətbuatda yayılan məlumatlara görə, ərazi güzəştləri müzakirə olunub, söhbət “çətin” olub.

Chosen
38
50
cebheinfo.az

10Sources