AZ

Zelenski Brüsseldə: Leyenlə mətbuat konfransı keçirəcək

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Ukrayna Prezidenti Vladimir Zelenski Ankoricdə Rusiya-ABŞ sammitinə cavab olaraq Brüsseldə birgə mətbuat konfransı keçirəcəklər.

Azreform.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Zelenski Brüsselə gəlib və saat 14:30-da (Bakı vaxtı ilə 16:30) Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen onunla birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Finlandiya Prezidenti Aleksandr Stubb, NATO baş katibi Mark Rutte, İtaliya Baş naziri Corciya Meloni, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Britaniya Baş naziri Keir Starmer, Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ Prezidenti Donald Trampla danışıqlarda Vladimir Zelenskiyə dəstək olmaq üçün ABŞ-a səfər edəcəklər.

Seçilən
40
11
azreform.info

10Mənbələr