EN

De Xea İngiltərəyə qayıdır SON DURUM

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın “Fiorentina” klubunda çıxış edən ispan qapıçı David de Xea yenidən İngiltərəyə qayıda bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb. 

Mənbənin məlumatına görə, “Mançester Yunayted”in rəhbərliyi onu geri qaytarmaq istəyir. "Qırmızı şeytanlar" 34 yaşlı ispan futbolçunun müqaviləsindəki bənddən yararlanmaq imkanını nəzərdən keçirir. De Xeanın Florensiya klubu ilə müqaviləsində cüzi pul müqabilində komandaya qoşulmaq imkanı verən bənd var. 

Qeyd edək ki, David de Xea ötən mövsüm “Fiorentina”nın heyətində İtaliya çempionatında 35 oyun keçirib, bunun 11-də qapısını təmiz saxlaya bilib.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
2
fanat.az

10Sources