EN

Ağdamlıları şantaj edən Nəsibov tutuldu

Ağdam rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub.

News24.az Report-a istinadla xəbər verir ki, özünü sosial şəbəkələrdəki “Kanal-21” səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.

Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Chosen
91
29
news24.az

10Sources