AZ

Rəqsanə buna görə həbs olunub - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağına vəd verərək dələduzluq əməlini törədib.

Belə ki, həmin iş adamının yaxınları Rəqsanə İmsayılovaya 520 min dollar pul veriblər. 

Müğənni isə bu pulla Rusiyada həbsə olan işadamını azadlığa buraxdıracağına söz verib. 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.

Daha sonra həmin şəxslərin şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İmsayılova həbs olunub.

Qeyd edək ki, Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər. Belə olan halda cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilə bilər.

"Cebheinfo.az" 

Seçilən
36
50
cebheinfo.az

10Mənbələr