"Ukrayna NATO-nun 5-ci maddəsi kimi praktikada işləyəcək real təhlükəsizlik zəmanətlərində israr edir".
Oxu.Az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında danışıb.
"Ukrayna və Moldova bölünə bilməz. Əgər belə bir parçalanma olarsa, bu, avtomatik olaraq Avropanın Ukraynaya münasibətdə parçalanması, Avropanın təhlükəsizlik zəmanətləri ilə bağlı ortaq və qəti mövqeyinin olmaması anlamına gələcək", - o vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukraynaya real danışıqlar lazımdır və bu danışıqlar hazırda cəbhə xəttinin olduğu sərhədlərdən başlaya bilər.
Zelenski həmçinin qeyd edib ki, Rusiya Donetsk bölgəsində uğur qazanmayıb və 12 ildir Kreml bu ərazini ələ keçirə bilmir. Prezident bir daha vurğulayıb ki, Ukrayna Konstitusiyası ərazilərin təhvil verilməsini mümkünsüz edir.
10Sources
-
aia.azTramp: Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər ( 20435076)
-
ikisahil.azTramp: Putinlə görüş üçün yer seçimi mübahisə mövzusu idi ( 20435052)
-
oxumeni.azVladimir Putin ABŞ ın Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə razılaşıb ( 20435010)
-
oxumeni.azVladimir Putin ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə razılaşıb ( 20434989)
-
azia.azTramp Putinlə görüşün onun üçün məğlubiyyətlə başa çatdığına dair iddialara münasibət bildirib ( 20434815)
-
azadmedia.azAvropa liderləri Zelenskini dəstəkləmək üçün Vaşinqtona səfər edəcəklər » AzadMedia.az ( 20434800)
-
ikisahil.azTramp: Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər ( 20434767)
-
reyting.azTramp Zelenskini Krımdan imtina etməyə çağırır ( 20434740)
-
azertag.azTramp: Putinlə görüş üçün yer seçimi mübahisə mövzusu idi ( 20434707)
-
azertag.azTramp: Putinlə görüş üçün yer seçimi mübahisə mövzusu idi ( 20434701)