"Ukrayna NATO-nun 5-ci maddəsi kimi praktikada işləyəcək real təhlükəsizlik zəmanətlərində israr edir".
Oxu.Az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında danışıb.
"Ukrayna və Moldova bölünə bilməz. Əgər belə bir parçalanma olarsa, bu, avtomatik olaraq Avropanın Ukraynaya münasibətdə parçalanması, Avropanın təhlükəsizlik zəmanətləri ilə bağlı ortaq və qəti mövqeyinin olmaması anlamına gələcək", - o vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukraynaya real danışıqlar lazımdır və bu danışıqlar hazırda cəbhə xəttinin olduğu sərhədlərdən başlaya bilər.
Zelenski həmçinin qeyd edib ki, Rusiya Donetsk bölgəsində uğur qazanmayıb və 12 ildir Kreml bu ərazini ələ keçirə bilmir. Prezident bir daha vurğulayıb ki, Ukrayna Konstitusiyası ərazilərin təhvil verilməsini mümkünsüz edir.
10Mənbələr
-
ulusum.azRusiyanın bir ayda verdiyi şok itkilər... ( 20436984)
-
azerbaijan-news.azTramp: Putinlə görüş üçün yer seçimi mübahisə mövzusu idi ( 20436741)
-
bizim.mediaZelenski Vaşinqtondadır ( 20436702)
-
aia.az"Vaşinqtondayam, Trampla görüşəcəyəm" - Zelenski ( 20436516)
-
adalet.az"Vaşinqtondayam, Trampla görüşəcəyəm" - Zelenski ( 20436486)
-
Ajans.azZelenski Trampla görüşmək üçün ABŞ-dədir ( 20436351)
-
publika.azTrampın şok planı: Zelenski bu ərazini sülhə qurban verəcək? ( 20436030)
-
7times.az“Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər” – Tramp ( 20435721)
-
konkret.azZelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər ( 20435637)
-
demokrat.azZelenski artıq ABŞ-dadır — Bu gün Trampla görüşəcək ( 20435619)