EN

Uitkoff: "Ukraynada atəşkəsə ehtiyac yoxdur, çünki..."

"Ukraynada atəşkəsə ehtiyac yoxdur, çünki artıq sülh sazişi müzakirə olunur".

Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News" telekanalına müsahibəsində deyib.

"Atəşkəs, ümumiyyətlə, sülh sazişinin ilkin şərtidir. Prezident Tramp həmişə bu mənada atəşkəsdən danışıb, lakin o, Putinlə görüşündə çoxlu qələbələr qazanıb və başa düşüb ki, biz indi sülh sazişi haqqında danışa bilərik. Əsas məqsəd sülh sazişidir", - Uitkoff bildirib.

Bizim.Media

Chosen
65
12
bizim.media

10Sources