EN

Tramp: Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər

BAKI, 18 avqust. TELEQRAF

Volodimir Zelenski Krıma dair iddialarından və ölkənin NATO-ya daxil olması ideyasından əl çəkərək Ukraynadakı münaqişəni dərhal həll edə bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

Amerika lideri bildirib: "Ukrayna lideri dərhal Rusiya ilə müharibəni bitirə və ya döyüşə davam edə bilər. Hər şeyin necə başladığını xatırlayın. 12 il əvvəl Obama bir güllə belə atılmadan Krımı Rusiyaya vermişdi. İndi bunu geri qaytarmaq mümkün deyil və Ukrayna NATO-ya daxil ola bilməz. Bəzi şeylər heç vaxt dəyişmir".

Chosen
54
50
teleqraf.com

10Sources