EN

Tramp və Zelenskinin görüşünün başlama vaxtı açıqlanıb

ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş Azərbaycan vaxtı ilə saat 21:15-də başlayacaq...

Poliqon xəbər verir ki, bu barədə “Roll Call” qəzeti Ağ Evin cədvəlinə istinadən məlumat yayıb.

Cədvəl göstərir ki, Azərbaycan vaxtı ilə saat 20:00-da Avropa ölkələrinin liderləri Ağ Evə gələcəklər. Azərbaycan vaxtı ilə saat 21:00-da Tramp Zelenskini qarşılayacaq, bundan sonra onlar Azərbaycan vaxtı ilə saat 21:15-də görüşə başlayacaqlar. Azərbaycan vaxtı ilə saat 22:15-də ABŞ rəhbəri Avropa liderlərini salamlayacaq. Azərbaycan vaxtı ilə saat 22:30-da birgə şəkil çəkdirəcəklər. Trampın Avropadan olan siyasətçilərlə görüşü Azərbaycan vaxtı ilə saat 23:00-da başlayacaq.

Bir gün əvvəl Bild nəşri Trampın Avropa liderlərinin iştirakı ilə Zelenski ilə görüşməyəcəyini yazmışdı. Media mənbələrinin məlumatına görə, Ağ Ev rəhbəri əvvəlcə Ukrayna prezidenti ilə təkbətək danışıqlar aparacaq, daha sonra Aİ və NATO nümayəndələri də onlara qoşulacaq. Onlar birgə işçi şam yeməyində və geniş tərkibdə Ukrayna münaqişəsinin nizamlanmasının müzakirəsində iştirak edəcəklər.

Poliqon.info 

Chosen
93
50
poliqon.info

10Sources