AZ

Stepaşin Putinin ingilis dili barədə danışdı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin ingilis dilinin öyrənilməsinə ciddi diqqət yetirib və bu dili kifayət qədər yaxşı bilir. 

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin keçmiş baş naziri Sergey Stepaşin “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində bildirib.

“Mən yaxşı bilirəm ki, o, ingilis dilini öyrənib və bu dildə kifayət qədər yaxşı danışır”, – Stepaşin qeyd edib.

Onun sözlərinə görə, Putin erkən yaşlarından alman dilində sərbəst danışıb və xarici dillərə yüksək qabiliyyəti var. Bu da dövlət başçısına ingilis dilini daha sürətlə mənimsəməyə imkan verib.

Keçmiş baş nazir vurğulayıb ki, Putinin xarici dil biliyi bəzi ana dili danışanlarının səviyyəsini belə üstələyə bilir.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
9
globalinfo.az

10Mənbələr