Sülh yolu ilə nizamlanmada Ukrayna üçün hər hansı təhlükəsizlik zəmanəti NATO-nun iştirakını əhatə etməyəcək.
Bunu ABŞ-ın Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Metyu Uitaker Fox News telekanalına müsahibəsində deyib.
“Aydındır ki, NATO-nun Avropada təhlükəsizlik arxitekturası var və bu, Kanada ilə birlikdə bizim avropalı müttəfiqlərimiz üçün son dərəcə vacibdir, lakin eyni zamanda, hər hansı təhlükəsizlik zəmanətinin, hətta ABŞ-ın bu işə qarışdığı halda NATO-dan kənarda olacağı da aydındır”, - o deyib.
Eyni zamanda, daimi nümayəndə qeyd edib ki, Ukrayna üçün təhlükəsizlik təminatları NATO-nun 5-ci maddəsinə oxşar prinsipə əməl edəcək “istəkli koalisiya” tərəfindən təmin edilə bilər.
Cavid