EN

Ağ Ev Trampın Zelenski və Aİ liderləri ilə görüşünün cədvəlini açıqlayıb

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü bu gün Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək. Bakı vaxtı ilə saat 23:00-da ABŞ Prezidenti və Avropa liderlərinin çoxtərəfli görüşünün başlanması planlaşdırılır.

Bu, Ağ Evin açıqladığı Trampın cədvəlində öz əksini tapıb.

Tramp və Zelenskinin görüşü Rusiya-Ukrayna münaqişəsinin həllinə həsr olunacaq. Ağ Ev rəhbəri ilə görüşə həmçinin Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Ciorcia Meloni də qatılacaq. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də görüşdə iştirak etmək niyyətində olduğunu bildirib.

Chosen
26
28
banker.az

10Sources