EN

"Vaşinqtondayam, Trampla görüşəcəyəm" - Zelenski



Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də səfərdə olduğunu açıqlayıb.

aia.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

"Mən artıq Vaşinqtondayam. Prezident Trampla görüşəcəyəm. Avropa liderləri ilə danışacağıq. Dəvətə görə ABŞ prezidentinə minnətdaram", - V.Zelenski qeyd edib.

O vurğulayıb ki, Ukrayna uzunmüddətli sülhdə israrlıdır.

"Və ümid edirəm ki, ABŞ-li, avropalı dostlarımızla ümumi gücümüz Rusiyanı sülhə vadar edəcək", - V.Zelenski yazıb.

aia.az



Chosen
89
50
aia.az

10Sources