EN

Meymun iqtisadiyyatı- TƏHLİL

2000-ci illərin əvvəllərində Yale Universitetinin alimləri kapuçin meymunlarını pul əvizinə metal sikkələrlə alış-veriş etməyə öyrətdilər. Meymunlar bazarda iki satıcı arasında seçim edərkən rasional davrandılar. Onlar qiymət ucuz olanda oradan alır, bahalı satıcını isə boykot edirdilər.
Daha maraqlısı odur ki, insanlara xas sayılan bir çox psixoloji effektlər, məsələn, itkidən qaçmaq, sahib olduqlarını dəyişməmək, riskli seçimlərdə emosional qərar vermək kimi davranışlar meymunlarda da üzə çıxdı. Bu rasionallığın yalnız insana aid olmadığını, bəzi iqtisadi instinktlərin daha qədim bioloji köklərə dayandığını göstərirdi.
Ən səs-küylü nəticə isə təcrübənin sonrakı mərhələlərində ortaya çıxdı. Bəzi meymunlar digərlərinin pullarını oğurlamağa başladı. Kimisi gizlədib yığır, kimisi isə ələ keçirdiyi sikkələri tez xərcləməyə qaçırdı. Başqa sözlə, “qeyri-qanuni yollarla qazanc” davranışları da ortaya çıxdı.
Bu eksperiment göstərdi ki, insan cəmiyyətində gördüyümüz bazar oyunları, yığım davranışlarının və hətta başqasına aid olan pulu mənimsəməyə çalışmaq xüsusiyyətinin hər biri öz köklərini təbiətdən götürür. Ona görə də təbiətin qədim instinktlərinin cəmiyyətə kostyumlu canlılarla geri qayıtması təəccüb doğurmamalldır.
Eldəniz Əmirov, iqtisadçı ekspert
Chosen
65
17
news365.az

10Sources