EN

Zelenski Trampın çağırışına cavab verdi: Krımla bağlı bu məsələ...

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampın Krıma dair iddialarından əl çəkərək münaqişəyə son qoyulması ilə bağlı bəyanatını şərh edib.

Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.

Zelenski vurğulayıb ki, yarımada 2014-cü ildə tərk edilməməli idi. Eyni zamanda, o bildirib ki, Ukraynadakı münaqişəni tez və etibarlı şəkildə bitirməyə çalışır. Zelenskinin fikrincə, uzunmüddətli sülh əldə edilməlidir.

Qeyd edək ki, daha əvvəl Tramp Zelenskinin münaqişəni dərhal bitirə biləcəyini bildirib. Onun sözlərinə görə, Ukrayna tərəfi Krıma olan iddialarından və NATO-ya üzv olmaq fikrindən əl çəksə, bu, baş verəcək.

Chosen
52
50
publika.az

10Sources