EN

Komandası darmadağın oldu, Neymar göz yaşlarını saxlaya bilmədi

Braziliya çempionatının 20-ci turu çərçivəsində "Santos" öz meydanında "Vasko da Qama"nı qəbul edib.

Publika.az xəbər verir ki, görüş qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatıb.

"Santos"un hücumçusu Neymar bütün oyunu meydanda keçirib və sarı vərəqə alıb. Bu səbəbdən o, növbəti turda "Bahiya"ya qarşı matçı buraxacaq.

Bu görüş Neymar üçün doğma klubda 250-ci matç olub. Bundan başqa, bu nəticə onun karyerasında ilk belə böyükhesablı məğlubiyyət kimi tarixə düşüb. Bu səbəbdən 33 yaşlı ulduz futbolçu oyundan sonra göz yaşlarını saxlaya bilməyib.

Heybət

Chosen
14
11
publika.az

10Sources