EN

Gürcüstanda 9570, Ermənsitanda 8860, Azərbaycanda 7600 dollar – ÜDM ildən-ilə niyə azalır?

"Azərbaycanın əvvəllər çox yüksək ÜDM (ümumi daxili məhsul) göstəricilərinin fundamental səbəblərindən biri həm neft qiymətləri, həm də neftin həcmi idi. 2010, 2011 və 2012-ci illərdə günə az qala 1 milyon barel neft hasil edirdi. Hazırda isə 460-470 min barel neft çıxarılır. Bu, 2 dəfəyədək hasilat azalması deməkdir. ÜDM-in azalmasına təsir edən amillərdən biri budur”.

Bu sözləri "Yeni Sabah"a iqtidaçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan büdcəsinin formalaşmasında kiçik və orta sahibkarlığın payı xeyli aşağıdır: pizza hut

“ÜDM-in azalmasına təsir edən amillərdən ikincisi Azərbaycanın neft və qaza çox arxayın olması, kiçik və orta sahibkarlığın iqtisadiyyatda payını yüksəldə bilməməsidir. Büdcənin formalaşmasında kiçik və orta sahibkarlığın payı 7-8 faizdir. Olduqca aşağı göstərici! Ona görə də Azərbaycan əsas hədəf kiçik və orta sahibkarlığa dəstək olmalıdır”. 

Ekspert vurğulayıb ki, keçmiş MDB ölkələri arasında bu sahədə ən yaxşı göstərici Qazaxıstanda olub:

“Qazaxıstan son illər ÜDM-də yüksəliş göstərir və hətta adambaşına düşən göstəricilərinə görə MDB-də Rusiyanı belə qabaqlayıb. Qazaxıstanda neft-qazla paralel, kiçik və orta sahibkarlığa dəstək üçün böyük proqramlar qəbul olundu. Məsələn, kiçik və orta sahibkarlığın vergi dərəcələri, gömrük rüsumları və biznes kreditlərinin əlçatanlığı olduqca sadədir. Bu, Qazaxıstan iqtisadiyyatının inkişafına xeyli təsir edir. Qazaxıstan iqtisadiyyatının inkişafı birbaşa kiçik və orta sahibkarlıqdan irəli gəlir”.

Xatırladaq: Beynəlxalq Valyuta Fondunun (BVF) son hesabatına əsasən, Azərbaycan adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqaz ölkələri arasında sonuncu pillədə qərarlaşıb. Ölkəmizdə ümumi daxili məhsulun adambaşına düşən gəliri 2025-ci ildə 7600 dollar təşkil edib. Gürcüstan bu rəqəm 9570 dollar, Ermənistanda isə 8860 dollar olub.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
41
7
yenisabah.az

10Sources