Cəlilabadda 10-a yaxın mal-qaranı elektrik cərəyanı vuraraq öldürüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Zərbiəlli kəndində baş verib. Biçilmiş əkin sahəsinin yandırılması nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik dirəkləri yanaraq aşıb.
Nəticədə həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq öldürüb.
Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra elektrik xətlərində baş vermiş qəzanın nəticələri aradan qaldırılıb.