EN

Zelenskidən Trampın "Kiyev Krım iddiasından əl çəkməlidir" açıqlamasına CAVAB

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın "Kiyev Krım iddiasından əl çəkməlidir" açıqlamasına münasibət bildirib.

Herbiand.az xəbər verir ki, Ukrayna lideri cavabı özünün "X" sosial şəbəkəsində yazıb.

V.Zelenski vurğulayıb ki, Krım əvvəldən tərk edilməməli idi:

"Təbii ki, o zaman Krımdan imtina edilməməli idi, necə ki, 2022-ci ildən sonra ukraynalılar Kiyev, Odessa, Xarkovdan əl çəkmədilər. Ukraynalılar öz torpaqları, müstəqillikləri uğrunda mübarizə aparırlar", - deyə V.Zelenski vurğulayıb.

Ukrayna lideri həmçinin uzunmüddətli sülhün zəruriliyini vurğulayaraq, hərbi əməliyyatların tezliklə dayandırılmasına çalışdığını qeyd edib.

Xatırladaq ki, Donald Tramp V.Zelenski ilə görüşdən əvvəl, Ukraynaya Krım iddiasından əl çəkməyi tövsiyə edib. O əlavə edib ki, Krım 12 il əvvəl Barak Obamanın vaxtında bir atəş açılmadan Rusiyaya təslim edilib.

Chosen
71
41
herbiand.az

10Sources